PDF Oxu

Siyasət

  • 21

Prezidentin Sərəncamına əsasən Tarix İnstitutunda dissertasiya işi müdafiə olunub

Prezidentin Sərəncamına əsasən Tarix İnstitutunda dissertasiya işi müdafiə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu nəzdindəki dissertasiya şurasının iclasında Prezident İlham Əliyevin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncamına əsasən "XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi və mədəni həyatında köçkünlərin iştirakı tarixindən" mövzusunda dissertasiya işi müdafiə olunub. Dissertant Sevinc Hüseynovanın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işində Azərbaycan torpaqlarında alman koloniyalarının yaradılmasından, ermənilərin və rusların Azərbaycan torpaqlarına köçürülməsindən, köçkünlərin Şimali Azərbaycanın qərb regionlarında sosial-iqtisadi fəaliyyətindən və ictimai-siyasi və mədəni həyatından bəhs olunur. S.Hüseynova dissertasiya işində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə toxunaraq, belə yazır: "Yerləşdirmədə üstünlük ermənilərə verilirdi. Bu da səbəbsiz deyildi. Dövlətləri olmadığından Şərqdə daim başqa hakimiyyət altında yaşayan, region xalqlarının psixologiyasını, dillərini yaxşı bilən, adət-ənənələrinə dərindən bələd olan, şəraitə daha tez uyğunlaşan itaətkar ermənilər bu iş üçün digərlərindən daha münasib idilər.

Dissertantın elmi rəhbəri Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Dissertasiya Şurasının iclasında çıxış edənlər dissertasiya işinin yüksək səviyyədə yazıldığını bildiriblər.

Nəzakət

Digər xəbərlər