PDF Oxu

Siyasət

  • 33

İmişlidə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" adlı seminar-müşavirə keçirilib

İmişlidə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" adlı seminar-müşavirə keçirilib

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İmişli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda seminar-müşavirə keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyularaq, xatirəsinin yad edilməsi ilə başlanıb.

Dövlət Komitəsindən "SƏS"ə daxil olan məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, İmişli RİH-in başçısı Vilyam Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İmişli şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Adıgözəl Bəşirov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, dini icma sədrləri, din xadimləri, və ziyalılar iştirak ediblər.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş "Fitnə" filminin nümayişi ilə başlanıb. Tədbirin ikinci hissəsini giriş sözü ilə açan İmişli RİH başçısı Vilyam Hacıyev çıxış edərək, ölkəmizdə dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini qeyd edib. O, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayaraq, milli-mənəvi dəyərlərimizin inkişafı, dini radikalizm və ekstremizmin fəsadları ilə mübarizə metodları istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Sonda tədbir iştirakçılarına Komitə tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər