"Levon Ter-Petrosyanın liderlik etdiyi Milli Konqresin qurultayındakı çıxışı indiki Ermənistan rəhbərliyinin iddilarına tamamilə ziddiyət təşkil edən yanaşmadır. Onun Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həlli haqda danışıqları Serj Sarkisyanın əməlləri ilə düz gəlmir. 1998-ci ildə də münaqişədə prosesin irəliləməsi istiqamətində bir sıra addım atıldı və orada iştirak edən insanlar parlamentdə güllə-baran edildi, qətlə yetrildilər. Həmin anda Ermənistan cəmiyyətində məqsədyönlü şəkildə xof əmələ gətirildi və prsoesin irəli aparılmasına imkan verilmədi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.O qeyd edib ki, Dağlıq Qarabağ münqişəsinin sülh yolu ilə həlli bütün Ermənistan cəmiyyətinin istəyini ifadə edir: "Ter-Petrosyan birmənalı şəkildə işğal prsoesində iştirak edən insandır. O, dünyada gedən və sonda baş verəcək reallıqları başa düşür. Ter-Petrosyan yaxşı bilir ki, Azərbaycanın dünyada çox böyük nüfuzu olan Prezidenti var və Onun apardığı siyasət nəticəsində Ermənistan faktiki olaraq küncə söykənib. Sarkisyanın isə nəinki regionda, heç öz ölkəsi daxilində də hörməti yoxdur ki, xalqla dostluq etsin və reallıqları ifadə edə bilsin. Sarkisyan yenə də çıxışlarını ritorika üzərində qurur və prosesin irəli getməsinə mane olur. Erməni müxalifətinin Dağlıq Qarabağ münqaqişəsinin sülh yolu ilə həllinə dair səsləndirdiyi fikirlər rəsmi İrəvana bir mesaj kimi qəbul oluna bilər".
sia.az