PDF Oxu

Siyasət

  • 26

Cümşüd Nuriyev: “Nazirlərin görüşündə hərbi və siyasi məsələlər müzakirə olunacaq” AÇIQLAMA

Cümşüd Nuriyev: “Nazirlərin görüşündə hərbi və siyasi məsələlər müzakirə olunacaq” AÇIQLAMA

"Heç şübhəsiz ki, İran-Türkiyə-Rusiya xarici işlər nazirlərinin sabah keçiriləcək görüşündə əsas müzakirə mövzusu Suriya məsələsi olacaq". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, İran-Türkiyə-Rusiyanın Suriya ilə bağlı mövqelərində üst-üstə düşən məqamlarla bərabər fərqli yanaşmalarda var: "Bəşər Əsədə müxalif olan hərbi qüvvələr Suriya azadlıq ordusunu dəstəkləyir. İkincisi Suriyanın gələcək taleyi ilə bağlı burada yanaşmalar müxtəlifdir. İranın dini liderlərindən biri birmənalı şəkildə Suriyada öldürülən hər bir süniyə görə onu cənnətdə gözlədiyini bəyan edib. Artıq növbəti daxili qarşıdurma üçün İran İslam Respublikasının ruhanilərinin verdiyi fətva da heç də təsadüfi deyil. Üçüncü məsələ odur ki, Türkiyədə terror baş alıb gedir. PKK ilə bağlı əgər İranla Türkiyənin mövqeləri üst-üstə düşürsə Rusiya bir qədər məsələyə fərqli yanaşır. Bu məsələlərin müzakirə olunacağı şübhəsizdir.C.Nuriyev əlavə edib ki, hər üç dövlətin daha başqa bir marağı ABŞ-ın Yaxın və Orta Şərqdəki mövqeyi, dünya jandarm statusunda çıxışı ilə bağlıdır. Bu məsələ də müzakirə oluna bilər. Çünki üç ölkənin XİN rəhbərlərinin görüşündə hər hansı bir iqtisadi məsələnin müzakirə olunacağı istisna olunmur. Əsas burada hərbi və siyasi məsələlər müzakirə olunacaq".

sia.az

Digər xəbərlər