Müstəqillik hər bir xalqın ən böyük nemətidir. Öz dilində, öz dinində, torpağında yaşamaq, bir millət olaraq, var olmaq deməkdir. 1991-ci ildə müstəqiliyimiz əldə olunduğu bir zamanda Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizi qorunması azadlıq uğrunda mücadilə edən hər bir vətəndaşımıza, şəhidlərimizin ruhuna əvəzolunmaz töhfə idi. Həmin illərdə müstəqilliyimizin mühafizə edilməsi, ölkəmizin bir çox ölkələrdə tanıdılması, haqq səsinin ucaldılması kimi ağır məshuliyyətli bir iş Onun çiyinlərinə düşmüşdü.
Türkiyə dövlətinin qurucusu, dahi şəxsiyyət Mustafa Kamal Atatürkün təbirincə desək: "Müstəqiliyi əldə etmək asan, lakin onu qorumaq çətindir". Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından sonra bu ağır vəzifəni Onun varisi Prezident İlham Əliyev layiqincə davam etdirir.
Ümummili Liderin davamçısı, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bu gün xalqın rifahı üçün əlindən gələni edir. Yeni iş, yerlərinin açılması, təhsilin yüksəlməsi, kənd təsərrüfatının inkişafı buna əyani sübutdur.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasətini davam etdirir. Azərbaycanın maddi və mənəvi sərvətlərini dünyaya tanıdır. Bu gün Azərbaycan vətəndaşlarının dünyanın istənilən ölkəsinə azad şəkildə gediş-gəlişi təmin olunub. O cümlədən, xarici vətəndaşların ölkəmizə səfəri də asanlaşdırılıb. Bu ölkənin tanınmasında, ölkəyə olan turist marağının da artması ilə nəticələnib.
Ölkədə aparılan kənd təsərrüfatı və aqrar sahədəki yeniliklər idxal məhsullarının azalması, ixrac olunan məhsullarınsa artmasına səbəb olub. Bunu Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının artımı təmin edilir, bu məhsulları MDB və digər qonşu ölkələrə çıxarılır.
Müstəqilliyimizin elə ilk illərində qonşu dövlətlərlə qurulan əlaqələr, dostluq və ticarət əlaqələri gücləndirilir, inkişaf etdirilir. Son illərdə isə neft və qeyri-neft sektorları inkişaf etdirilir.
Ordu quruculuğu sahəsində də ciddi addımlar atılmışdır. Müstəqilliyimizin ilk illərində pərakəndə halda nizamsız vuruşan könüllüləri bir araya cəm edilməsində uğurlu işlər görüldü. Heyder Əliyev adına Hərbi Akademiyanın, Naxçıvanski adına Hərbi Litseyin yaradılması Azərbaycanda ordunun peşəkarlaşmasına xidmət etdi. Prezident İlham Əliyevin siyasi kursu nəticəsində digər ölkələrin hərbi taktikalarının öyrənilməsi, yeni texnikaların yaradılması üçün bütün imkanlar yaradılmışdır. Bundan ötrü hərbi zavod və fabriklər işə salınmışdır.
Ölkələrlə müqavilələr imzalanır və tərəfdaşlıq edilir. Bu gün xalqın rifah halı və firavan yaşayışı Ümummilli Liderin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsidir. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi səfərlərdə, o cümlədən, dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. Azərbaycan xalqının inkişafı yeni kadrların yetişməsi, ölkəmizdə dünya miqyaslı tədbirlərin keçirilməsi, nüfuzlu konfrans zallarında Azərbaycan bayrağının dalalanmasını təminatçısı və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Cənablarına borcludur.
Qarabağ probleminin həll olunması, ermənlərinin mənfur siyasəti cəbhə bölgəsində gərginliyi saxlamaqdadır. Lakin Prezident İlham Əliyev yeri gəldikcə, onları yerində otuzdurmağı da xalqımızı öz Ali Baş Komandanına sevdirə bilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin səriştəsini və vətənə olan sevgisini bir daha sübut etdi. Xalqımız inanır ki, Ümummili Liderin siyasətinin layiqli davamçısı Ali Baş Komandan torpaqlarımızın tezliklə azad olunması üçün də öz uğurlu siyasətini davam etdirəcək və xalqımız da öz prezidentinin arxasında nizami ordu əsgəri kimi durur və onu dəstəkləyir.
Azərbaycan gəncliyi bu gün öz intellektual səviyyəsini və azad fikri, təhsili ilə dünyanın ən inkişaf etmiş gəncləri ilə rəqabət aparır. Gənclərin başqa ölkələrdə təhsil almaları, başqa ölkələrin elm adamlarının gənclərlə görüşünün təşkilinə, təhsilin yüksəlişinə, savadlı gəncliyin formalaşmasına təkan verir.
O, bir dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün, onların təhsili ilə yanaşı, idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda, regionlarda - Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Qubada olimpiya idman-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Bakıda dünya üzrə idmanın müxtəlif sahələri üzrə mühüm beynəlxalq səviyyəli yarışların təşkil olunması paytaxtımızın beynəlxalq nüfuzunu artırır. Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında tanıdılması üçün qətiyyətli addımlar atmışdır. "Eovrovision" yarışının Bakıda yüksək səviyyəli təçkilatı, formula yarışları, Yay Olimpia Oyunları və sairə bu kimi beynəlxalq səviyyəli tədbirlərin ölkədə təşkili Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticələridir.
Bu gün Azərbaycan iqtisadi inkişaf və hərbi sənayesi dünya iqtisadi və hərbi sənayesinə öz töhfələrini verir. Elmə və elmi işçilərə xüsusi diqqət ayrılır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Prezident İlham Əliyev siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Prezident İlham Əliyev həm də görkəmli partiya xadimidir, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya Sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn Prezident İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına Cənab İlham Əliyev başçılıq etmişdir. Onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış, və yenidən əhalinin 88% səs çoxluğu ilə Azərbaycanın prezidenti seçildi.
Azərbaycanda demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən Prezident İlham Əliyevi, sadəcə, bir dövlət başçısı, ictimai xadim kimi xarakterizə etmək olmaz, O, həm də vətənpərvər vətəndaş, qayğıkeş ata, səmimi bir şəxsdir.
Sona Həmidova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru