PDF Oxu

Siyasət

  • 14

Politloq: "Tərəflər müdrik davranacaqlar" AÇIQLAMA

Politloq: "Tərəflər müdrik davranacaqlar" AÇIQLAMA

"Rusiyanın Türkiyədəki səfirinə qarşı törədilən sui-qəsd terror hadisəsi, təxribatdır. Son günlər Türkiyə və Rusiyanın yaxınlaşmasını həzm edə bilməyən qüvvələr bu addımı iki dövlətin münasibətlərinin korlanması məqsədilə atdılar". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Türkiyə və Rusiya arasındakı yaxınlaşma Suriya məsələlərində də özünü göstərir. Politoloq qeyd edib ki, terror hadisəsinin niyə törədildiyini təcrübəli dövlət rəhbələri dərhal başa düşüblər: "Düzdür, Rusiya səfirinə qarşı sui-qəsd böyük itkidir. Ancaq bu itkini yaradan Türkiyə və Rusiyanı sevməyən qüvvələrdir. Türkiyə prezidentinin Rusiya dövlət başçısı ilə danışığında da iki ölkə rəhbəri eyini fikirdə olublar. Zənnimcə, bu məsələlərdə tərəflər müdrik davranacaq və Türkiyə-Rusiya münasibətləri zərər görməyəcək".

sia.az

Digər xəbərlər