"ATƏT-in Minsk qrupu uzun illərdir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərir. Çox təəsüflər olsun ki, hələ də məsələ öz ədalətli həllini tapmayıb". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, həmsədrlərin dəyişilməsi, yeni həmsədr Stefan Viskontun Azərbaycana səfəri heç də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması demək deyil: "Bu illər ərzində həmsədrlər dəfələrlə dəyişilib. Amma dəyişilməyən münaqişənin ədalətli həllidir. Düşünürəm ki, bu həmsədr də o biriləri kimi regiona səfərlər edəcək və münaqişənin həllinə yox, mövcud vəziyyətinin uzanmasına xidmət edəcək. Bütün bunlara baxmayaraq beynəlxalq təşkilatlarla əməkdaşlığımızı genişləndirməli və öz sözümüzü onlara çatdırmalıyıq". A.Badamov deyib ki, münaqişənin həll olunması üçün isə beynəlxalq təşkilatların və əlaqədar ölkələrin qətiyyətli adımların atılması vacibdir: "Əgər səlahiyyətli beynəlxalq təşkilatlar və maraqlı ölkələr cinayətkar Sarkisyan rejimini məcbur etməsələr münaqişənin sülh yolu ilə həll edilməsində hər hansı bir irəlliləyişin əldə edilməsi mümkün olmayacaq. Bütün bunlara baxmayaraq biz ordumuzu gücləndirməklə qarşı tərəfə hərbi və psixolji təziqini artırmalıyıq. Həm də lazımi anda döyüşə hazır vəziyyətdə olmalıyıq ki, qərar verilən kimi qısa bir müddətdə işğala son qoyduraq".
sia.az