"Radikal müxalifətin Əli Kərimli qanadının susqunluğu ona görə baş verir ki, bu, adamın başı qarışıb "siyasi məhbus" və "siyasi mühacır" alverinə. Bütün ictimaiyyət gördü ki, Əli Kərimli İran mollalarına agentlik etmiş şəxslərdən tutmuş, Beynəlxalq Bankın keçmiş rəhbəri və Azərbaycan xalqının milyonlarını, milyardlarını oğurlamış və məhkəmə də sübutu yetirilmiş Cahangır Hacıyev və digərlərini "siyasi məhbus" kimi görür". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.Sədr müavinin sözlərinə görə, Almaniyada yaşayan Sabir Rüstəmxanlının qardaşı Əlövsət bəy Əli Kərimli tərəfindən Almaniyaya göndərilən bir gəncin başına gətirilən hadisəni ictimailəşdirib: "Bu gənc hətta Əli Kərimlinin hansı partiya sədri olduğunu belə bilmir. Ancaq Əli Kərimlinin partiyasının üzvü kimi, Almaniyaya sığınıb və qaçqın statusu əldə etmək istəyir. Yəni, bütün bunlar Əli Kərimlinin biznez fəaliyyətidir. Görünür bu işlərə baş qoşan radikal müxalifət ölkənin siyasi həyatını unudub. Radikal müxalifət əksər hallarda Azərbaycanda yalnız seçki dövründə "fəaliyyətini" stimullaşdırır. Buna səbəb də beynəlxalq təşkilatlardan maliyə qoparmaqdır. Seçki vaxtına isə, hələ 2 il var. Bu 2 ildə radikal müxalifətin fəallaşmasını gözləmək düzgün deyil".
sia.az