Daşkənddə Azərbaycan və Özbəkistan XİN-ləri arasında münasibətlərin inventarlaşdırılması və hüquqi bazanın təkmilləşdirilməsi üzrə məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. SİA Özbəkistan mətbuatına istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in beynəlxalq hüquq və müqavilələr şöbəsinin müdir müavini Ceyhun Şahverdiyev başçılıq edib.
Tərəflər əməkdaşlığın hüquqi bazasını inventarlaşdırıb, ikitərəfli sənəd layihələri üzrə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarının inkişaf etdirilməsi və genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Danışıqlar zamanı, həmçinin XİN-lərin hüquqi xidmətlərinin fəaliyyəti üzrə də fikir mübadiləsi aparılıb.
sia.az