PDF Oxu

Siyasət

  • 30

Politoloq: "Bu, İran üçün utancvericidir" MÖVQE

Politoloq: "Bu, İran üçün utancvericidir" MÖVQE

"İran prezidentinin Ermənistana səfəri qonşu dövlət üçün heç bir başıucalıq gətirmir, əksinə utancvericidir. Çünki Həsən Ruhani əli müsəlman qanına batmış, Xocalı soyqırımını dəstəkləyən şəxslə bir masada oturur, razılaşma əldə edir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloq bildirib ki, Azərbaycanı İsraillə yaxın münasibətləri olduğuna görə ittiham edən İran öz hərəkətindən utanmalıdır: "İranın dini liderləri və ayətullahları bəyan edir ki, Azərbaycan müsəlman tərəfini tutmalıdır. Lakin qatı şiə, eləcə də islam dövlətinin atdığı bu addımının izahı yoxdur. Peyğəmbərimiz də buyurub ki, müsəlman müsəlmanın qardaşıdır. İran isə bu qardaşlığı kənara qoyub, xristian dövləti ilə razılaşma əldə edir. Təbii ki, bu, İranın daxili problemidir. Lakin bu bir daha sübut etdi ki, Azərbaycan düz yoldadır və biz yaxın qonşuluq münasibətlərimizi saxlamaqla yanaşı işimizi necə qurmağı da yaxşı bilirik".Məsələ ilə bağlı İranda ciddi etirazların olduğunu deyən C. Nuriyev qeyd edib ki, İran ən azı bundan nəticə çıxarmalıdır: "İslam dünyasında şiə təriqətinə xidmət edən əsas dövlət İran olsa da, Azərbaycan da şiəlik çoxluq təşkil edir. Nə vaxtdan xristian dövləti ilə qatı şiə islam dövlətinin yaxın olmasına əsas var? Əgər İran əhalisinin 10 milyonu erməni olsaydı, bununla razılaşmaq olardı. Lakin bütün İranda cəmi 180 min erməni var. Necə olur ki, İran 180 min ermənini heç bir əsas olmadan müdafiə edir, lakin 50 milyona yaxın azərinin marağını Ermənistana satır? ".

sia.az

Digər xəbərlər