PDF Oxu

Siyasət

  • 26

Seymur Orucov: “Prezident elə sahə yoxdur ki, orada gəncləri irəliyə çəkməsin” AÇIQLAMA

Seymur Orucov: “Prezident elə sahə yoxdur ki, orada gəncləri irəliyə çəkməsin” AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elə gənc yaşlarından Ümumilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətin ailəsində böyüyüb. Dövlət başçısı hər zaman Azərbaycanın çiçəklənməsi, güclənməsi naminə olan strategiyalarda, bütün tədbirlərdə iştirak edib. Prezidentimiz strateji planların hazırlanmasında birbaşa iştirakçı olub, onun praktik şahidi olub. Həmin o təcrübəni də məhz ölkə başçısı Azərbaycana rəhbərlik etdiyi dövrdən gənclərə tətbiq etməyə başlayıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, Azərbaycan gəncliyi 2003-cü ildən başlayaraq artıq yeni məcrada, yeni məzmunda inkişaf etməyə başlayıb: "Beləcə yenilikçki gənclik ortaya çıxmışdı. Azərbaycanın Avropada, dünyanın bir çox ölkələrində diaspora fəaliyyətini həyata keçirən bir gənclik yetişib. Bu gün gənclərin öz arzu və təşəbbüslərini həyata keçirmək üçün istənilən sahədə şərait yaradılıb. Bu istər mədəniyyət, incəsənət sahəsi olsun, istərsə də idman və s. Dövlət başçısı ölkədə elə bir sahə yoxdur ki, orada gəncləri irəliyə çəkməsin. Xüsusilə də son dövrlərdə dövlət iradəçiliyi sahəsində gənclərin önə çəkilməsi, onlara etibar edilməsi istər seçkili orqanlarda, istərsə də digər mərkəzi idarəetmə orqanlarında gənclərə üstünlük verilib. Məsələn, dövlət qulluğuna qəbulun testlə olması, hüquq-mühafizə orqanlarında gənclərin işə götürülməsinin önə çəkilməsi ondan xəbər verir ki, Prezidentin siyasətinin ən mühüm tərkib hissələrindən biri də məhz gənclər siyasətidir və gənclərin təşəbbüslərini dəstəkləməkdir. Eləcə də bu, gələcək, güclü Azərbaycanın daha əmin əllərdə olması üçün güclü gəncliyin yetişdirilməsidir. Biz cənab Prezidentimizi 55 illik yubileyi münasibətilə təbrik edirik".

sia.az

Digər xəbərlər