PDF Oxu

Siyasət

  • 28

«NİDA»çı Qiyas İbrahimov və Bayram Məmmədov polisə nə üçün rüşvət təklif ediblər?

«NİDA»çı Qiyas İbrahimov və Bayram Məmmədov polisə nə üçün rüşvət təklif ediblər?

Bu ilin may ayının 10-da həbs edilərək cinayət məcəlləsinin 234-cü maddəsi ilə ittiham olunan "NİDA"çılar Qiyas İbrahimov və Bayram Məmmədov haqqında redaksiyamıza maraqlı məlumatlar daxil olub. İlk olaraq, hüquq mühafizə orqanlarının yaydığı məlumata əsasən qeyd edək ki, həbs edilən B.Məmmədovun üzərindən 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülmüşdür. Onunla birlikdə saxlanan Q.İbrahimovun üzərindən 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin aşkarlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Məsələ ilə bağlı redaksiyamıza ilginc informasiyalar verən keçmiş "NİDA"çı İsmayıl adlı gənc qeyd edir ki, Q.İbrahimovla, B.Məmmədovun həbs edilməmişdən öncə məqsədləri Azərbaycandan "siyasi mühacir" adı altında Avropaya getmək olub: "Onlar bununla bağlı dəfələrlə plan qurmuşdular. Hətta Xədicə İsmayıl da, Əli Kərimli də söz vermişdilər ki, onları "siyasi mühacir" kimi Avropaya göndərəcəklər. Sonra necə oldusa, səs çıxmadı. Açığı, mənə də təklif etdilər, ancaq bunun üçün lazım olan məbləği düzəldə bilməyəcəyimi dedim. Sonra Qiyasla, Bayram məni Sumqayıtda yerləşən bir kafeyə çağırdılar. Dedilər ki, Xədicədən də, Əlidən də xəbər çıxmadı. Bildirdilər ki, ümid özümüzə qalıb. Amma Avropaya gedəcəkləri ilə bağlı qərarlarında israrlı olduqlarını dedilər. Mənə dedilər ki, sabah (mayın 5-də) polis bizi həbs edəcək. Polisin onları nə üçün həbs edəcəyini soruşdum. Dedilər ki, sabah polisə rüşvət verib deyəcəyik ki, bizi 15 sutkalıq həbs etsinlər. Sonra da bir arayış alıb xaricə gedəcəyik. Səhəri gün eşitdim ki, həqiqətən də rüşvət təklif ediblər, ancaq polis zabiti bunların təklfini rədd edərək hətta hər iki gənci qorxudub".

İsmayıl bildirir ki, bundan sonra növbəti planlarının baş tutmadığından narahat olan Bayram və Qiyas başqa şeylər haqqında fikirləşməyə başladılar: "Hər kəs bilirdi ki, onlar bütün günü Sumqayıtda, Bakıda kafelərdə yeyib-içib, çəkirdilər. Elə mənim də "NİDA"dan uzaqlaşmağımın əsas səbəbi bu oldu".

Yəqin ki, hər iki gəncin cinayətkar əməllərini ört-basdır etməyə çalışan, onların həbsi üzərində özünə dividend qazanmağa cəhd edən AXCP sədri Ə.Kərimli bütün bu faktlara inanmaz. Vaxtilə Müsavat başqanının müşaviri Səxavət Soltanlının biznes obyektləri ilə bağlı hazırladığımız materialdan sonra Ə.Kərimli bunu Səxavətə qarşı "təxribat" kimi qiymətləndirmişdi. Lakin Müsavat "Milli Şura"dan 2013-cü ildə ayrılandan dərhal sonra Ə.Kərimli Səxavətlə bağlı əlində olan bütün informasiyaları mətbuata ötürdü və vaxtilə onu müdafiə etdiyinə görə dolayısı ilə peşmançılığını bildirdi.

Samir

Digər xəbərlər