PDF Oxu

Siyasət

  • 27

"Prezidentin həyata keçirdiyi siyasət vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır" RƏY

"Prezidentin həyata keçirdiyi siyasət vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır" RƏY

"Ölkəmizin həqiqətləri dünya arenasında nüfuzu , vətəndaşlarımızın Prezidentin yanında olması bu gün Azərbaycan da Ulu Öndər Heydər Əliyev ideyalarının mövcudluğunu və gələcəyə məhz bu ideyalarla getdiyimizi göstərir". Bunu SİA-ya millət vəkili Jalə Əliyeva deyib.O bildirib ki, təməli Ulu Öndər tərəfindən qoyulan Azərbaycanda qadın siyasəti bu gün uğurla davam etdirilir və nəticələrini göstərir: "Hər birimizə bəllidir ki, 1995-ci ildə məhz Ulu Öndərin nüfuzu sayəsində Azərbaycan qadını ilk dəfə müstəqil dövlət olaraq beynəlxalq arenada öz sözünü demiş oldu. Daha sonra 1998-ci ildə Ümummilli Lider tərəfindən qadın komitəsinin yaradılması ilə bağlı sərəncam imzalandı və ilk qurultay keçirildi. Bu siyasətin davamı olaraq Azərbaycan prezidenti 2000-ci ilin martında Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi" haqqında fərman imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gender siyasətini də uğurla davam etdirir. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. O, bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Həmişə olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər. Müasir cəmiyyətimizdə qadınlar fəallıqlarını daha da artırır". Millət vəkili söyləyib ki, Prezident İlham Əliyev ən mürəkkəb vəzifənin öhdəsindən inamla gəlir, milli maraqlar çərçivəsində real müstəqil daxili və xarici siyasət həyata keçirir: "Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər keçən dövrə nəzər salsaq, əminliklə deyə bilərik ki, xalqının sonsuz sevgisini qazanan möhtərəm Prezidentimizin İlham Əliyevin həyata keçirdiyi siyasət ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır".

yap.org.az

Digər xəbərlər