PDF Oxu

Siyasət

  • 29

“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib

“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Dekabrın 23-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə "2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə" mövzusunda elmi-nəzəri konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov AŞPA-nın qətnaməsi barəsində danışıb.Konfransda Ermənistanın Azərbaycana təcavüzü və insan hüquqlarının müdafiəsi, Sərsəng su anbarının işğalı və beynəlxalq hüquq, Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq təşkilatlarda, AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin siyasi və beynəlxalq hüquqi əhəmiyyəti, beynəlxalq ekoloji təhlükəsizliyi, silahlı münaqişələr və sağlam ətraf mühitdə yaşamaq hüququ, hərbi münaqişələr zamanı hidrotexniki qurğuların mühafizəsi və s. mövzular müzakirə olunur.

AZƏRTAC

Digər xəbərlər