Ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılması ilə bağlı qərar bir daha sübut etdi ki, Azərbaycan Prezidentinin daxili siyasətində əhalinin sosial müdafiəsi, sosial siyasət prioritet istiqamətdir və dövlət rəhbəri istənilən qərarı, fərmanı və göstərişində birinci növbədə Azərbaycan xalqının maraqlarını nəzər alır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, Tarif Şurasının elektrik enerjisi və qazla bağlı son qərarı iqtisadi əsasları olan qərar idi, amma Azərbaycan prezidenti yenə də ölkə vətəndaşlarını, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan vətəndaşları, eləcə də onların ehtiyaclarını nəzərə alaraq bu qərarın dəyişdirilməsini və güzəştlərin artırılmasını təmin etdi: "Təbii ki bu, bütün Azərbaycan vətəndaşları tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Bundan sonra da Azərbaycan vətəndaşları əmin ola bilər ki, ölkə başçısı istənilən zaman onların yanındadır və qərarları ilə ölkə vətəndaşının sosial müdafiəsini və maraqlarını təmin edəcək".M. Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin bu addımı 31 dekabr- Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində ölkə əhalisinə hədiyyəsi kimi qiymətləndirilə bilər.
sia.az