"Azərbaycan prezidenti sosial məsələlər çox həssas yanaşır. Elə bunun nəticəsidir ki, Prezidet İlham Əliyevin müvafiq tapşırığı əsasında Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılması ilə bağlı qərar verildi". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.Tarif Şurasının elektrik enerjisi və qazla bağlı qəbul etdiyi qərarının tələsik olduğunu deyən millət vəkili bildirib ki, Azərbaycan prezidenti məsələni araşdırdıqdan sonra güzəştlərin artırılması ilə bağlı tapşığını verdi: "Ölkə başçısı son qərarı araşdırdıqdan sonra gördu ki, burada müəyyən qədər tələskənlik və məsuliyyətsizlik var. Azərbaycan prezidenti vətəndaşların sosial rifah halını hər şeydən üstün tutaraq bu qərarın dəyişdirilməsi, güzəştlərin artırılması ilə bağlı tapşırıqlarını vermiş oldu".M. İbrahimqızı qeyd edib ki, bu addım Azərbaycan Prezidentinin ilk addımı deyil: "Biz Azərbaycan prezidentinin həssas məsələlərə necə diqqət göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Bu qərarda həmin addımlardan biridir".
sia.az