PDF Oxu

Siyasət

  • 29

Səbaildə 31 Dekabr - Dünya Azəbaycanlılarının Həmrəyliyi Günü həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib

Səbaildə 31 Dekabr - Dünya Azəbaycanlılarının Həmrəyliyi Günü həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib

Dənizkənarı Milli Bulvardakı Beynəlxalq Muğam Mərkəzində Səbail rayon icra hakimiyyəti və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azəbaycanlılarının Həmrəyliyi Günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. Mərasimdə Səbail rayon icra hakimiyətinin başçısı Eldar Əzizov çıxış edərək, 31 Dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günü olduğunu qeyd edib: "Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir."

E.Əzizov, həmçinin, arxada qalan 2016-cı ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını - Dünya Azəbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edibdir.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bosonovası stilində mahnı və kompozisiyalar səslənib.

Bayram tədbirində Səbail rayon ictimaiyyətinin nümayəndələri adından ölkəmizin Prezidenti İlham Əliyev doğum günü münasibəti ilə təbrik edilib, Ona möhkəm can sağlığı, xoşbəxtlik, Azərbaycanımızın tərəqqisi və inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanılıbdır.

R.HÜSEYNOVA

Digər xəbərlər