"Müxalifət ölkənin hansı taleyini həll etmək istəyir və ya bunlar nəyi həll etmək gücündədir? Düşünmürəm ki, bu təşkilatların potensialı var və onlar Azərbaycanın daxili işlərini həlli edə bilsinlər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, hüquqi baxımdan da buna qanun imkan vermir: "Hansı səlahiyyətləri var. Hakmiyyət də təmsil olunmurlar: "Belə olan halda nə ilə məsələ həlli edirlər? Bunlar onu nəzərdə tuturlar ki, Tarif Şurasının enerji qiymətlərinin qaldırılması faktını nəzərə alıb kütləvi mitinq keçirsinlər və xalqdan ciddi dəstək alsınlar. Yəni xalq qiymətlərin qaldırılmasından narazıdır və bu narazılıqlardan öz məqsədləri üçün istifadə etsinlər. Ümumiyyətlə, hər zaman müşahidə etmişəm radikal müxalifət bir fürsətçil rolunu oynayır. Bir məqam gözləyir ki, xalqı kütləvi sürət də küçələrə çıxartsınlar, ölkənin siyasi sabitiliyinin pozulmasına nail olsunlar. Əsas hədəf budur. Bu vasitə ilə hakmiyyətə gəlmək şanslarının olmalarını düşünürlər. Ancaq şəxsən mən inanmıram ki, xalq bu müxalifətə ciddi dəstək versin. Hər kəs yaxşı bilir ki, bunların məqsədi ölkənin sabitliyini pozmaqdır".
sia.az