Bişkek şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mərasim keçirilib.Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşı Ramel Lətifov qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir.Diplomat qeyd edib ki, ölkəmiz hələ də müharibə şəraitindədir, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfdən işğal olunub, bir milyondan artıq insan qaçqın və köçkün həyatı yaşayır.R.Lətifov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar qazanıb. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlib, ölkəmiz regionun lider dövlətinə çevirilib."Azəri" İctimai Birliyinin sədri Əziz Əliyev bu bayram münasibəti ilə Qırğızstanda yaşayan soydaşlarımızı təbrik edib, vaxtı ilə bu torpaqlara sürgün olunan azərbaycanlılar haqqında məlumat verib. Deyilib ki, uzun illər burada yaşamalarına baxmayaraq soydaşlarımız adət-ənənələrimizə əməl edir, Vətənimizlə əlaqələrini kəsmir.Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə bağlı viktorina da keçirilib.
AZƏRTAC