YAP Xaçmaz rayon təşkilatı rayonun Uşaq Realibitasiya Mərkəzində əlil uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov uşaqları və valideynləri YAP Xaçmaz rayon təşkilatının rəhbərliyi adından salamlayaraq, onlara xoş arzularını bildirib və qeyd edib ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir: "Əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Əlillərin, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri Heydər Əliyev Fondu tərəfindən də daim diqqətdə saxlanılır. Onlar üçün yeni təhsil, səhiyyə ocaqları tikilir və köhnələr təmir olunur."
F.Rəhmətov qeyd edib ki, bir neçə ildir YAP Xaçmaz rayon təşkilatı Uşaqların Realibitasiya Mərkəzi ilə əməkdaşlıq edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirir və bu gün keçirilən tədbir də həmin tədbirlərin davamıdır.
Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov, Xaçmaz rayon uşaq realibitasiya rəhbəri Kəmalə Əliyeva çıxış edərək, uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər və belə tədbirlərin keçirilməsində YAP Xaçmaz rayon təşkilatının diqqət və qayğısını qeyd ediblər.
Sonda əlil uşaqlara partiya tərəfindən bayram hədiyyələri təqdim edilib.
R.HÜSEYNOVA