Dünən AMEA Milli Azərbaycan Tarixi Muzeyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, məhz Onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunmuş qərarla elan edilib".
Sonra YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, "Gənc Vətənpərvərlər Birliyi"nin sədri Muğan Əliyev və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən elan olunmuş və dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirən Həmrəylik Günü haqqında məlumat veriblər. Natiqlər, həmçinin, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən, xarici ölkələrdə yaşayan azərbaycanlılara dövlətimizin qayğısından söhbət açıblar.
Tədbir bədii hissə ilə davam etdirilib.
ZÜMRÜD