PDF Oxu

Siyasət

  • 34

Mahmud Vaezi: "Azərbaycan-İran əməkdaşlığı yüksək qiymətləndirir"

Mahmud Vaezi: "Azərbaycan-İran əməkdaşlığı yüksək qiymətləndirir"

Dekabrın 28-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən sıx əməkdaşlığın ildən-ilə genişləndiyini, xüsusilə neft-qaz sektoruna daxil olan qurumlar arasında əlaqələrin inkişafı üçün səylərin intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev neft sənayesi mütəxəssislərinin işgüzar münasibətlərinin vacibliyini qeyd edib.Azərbaycan-İran əməkdaşlığının inkişaf tempini yüksək qiymətləndirən Mahmud Vaezi iki ölkənin neft-qaz sektorunda səmərəli fəaliyyətini, bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını bildirib. Qonaq Azərbaycan-İran biznes-forumunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.SOCAR prezidenti Azərbaycanın sosial-iqtisadi yüksəliş mərhələsini yaşadığını nəzərə çatdırmış, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlər haqqında iranlı qonaqlara ətraflı məlumat verib. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər