"Orta məktəblərin rus dilli bölmələrin 8-ci sinifində Azərabaycan və Dağlıq Qarabağ tarixi ayrı kitablar şəklində tədris olunur. Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov "Təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.Bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlərin olduğunu deyən S. Novruzov məsələyə aydınlıq gətirilməsini xahiş edib: "Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın". Məsələ ilə bağlı Azərbaycan Milli elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Məmmədov çıxış edərək bildirib ki. Bir tarix var ki o da Azərbaycan tarixidir: "Kimsə təxribat yaradır". Milli Məclisin spikeri məsələnin araşdırılmasını bildirərək söyləyib ki, Dağlıq Qarabağ tarixini ayrıca yazanlar tapılmalıdır.
sia.az