"Bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması davam edir və təşkilatlar qurulur". SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında müxtəlif şəhərlərdə Azərbaycanın koordinasiya mərkəzlərinin yaradılması prosesinə münasibət bildirərkən deyib.Komitə sədrinin sözlərinə görə, dünyada yaşayan azərbaycanlıların təşkilatlanması əsasında müxtəlif mərkəzlər yaradılır: "Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin xüsusi diqqətində olan bir məsələdir. Ölkəmiz tərəfindən bununla bağlı çox geniş maliyyə imkanları da yaradılır. Diaspora təşkilatlarına demək olar ki, milyonlarla yardım vəsaiti ayrılır. Bu iş müəyyən mənada geniş vüsət alıb. Həqiqətən də azərbaycanlılar dünyada olan çox güclü erməni lobbisinin bizə qarşı etdiyi təxribatlarının qarşısını layiqincə ala bilirlər. Hətta deyərdim ki, onlar bəzi məqamlarda daha da irəli gedirlər".
sia.az