"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar normal qaydada aparılmadığı, erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmadığı təqdirdə sərhəddə və cəbhədə hərbi toqquşmalar davam edəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili politoloq Rasim Musabəyov deyib.
O bildirib ki, dünən Ermənistan-Azərbaycan sərhədində baş verən hadisə kəşfiyyat xarakterli hərəkət idi, bunun təxribat olub-olmamasını hərbçilər daha yaxşı bilərlər: "Amma məlumdur ki, işğala son qoyulmasa, danışıqlar bərpa edilməsə, belə hallar təkrarlanacaq". Politoloq KTMT-nin baş katibi Nikolay Bordyujanın açıqlamasına da toxunub: "Bordyuja qələt edir, o, öz səlahiyyətlərindən kənara çıxıb. Bordyujanın səlahiyyətlər rəhbərlik etdiyi qurum çərçivəsində dövlət başçılarının, xarici işlər nazirlərinin iclaslarına təşkilatçılıq etməkdən ibarətdir. Onun belə bəyanat verməyə heç bir səlahiyyəti yoxdur".
R.Musabəyov hesab edir ki, əgər gələn il sülhə doğru cidi səylər göstərilməsə, 2017-ci ildə münaqişə yeniən alovlanacaq və hərbi toqquşmalar daha şiddətli xarakter alacaq.
Qeyd edək ki, dünən səhər saatlarında sərhəddə baş vermiş hərbi toqquşmadaq Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Ermənistan Müdafiə Nazirliyi isə döyüşdə 3 erməni hərbçinin öldüyünü açıqlayıb.
KTMT-nin baş katibi Nikolay "Bordyuja isə verdiyi açıqlamada Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "Dağlıq Qarabağ Respublikası" kimi müraciət edib. Azərbaycan XİN onun şərhini qəbuledilməz adlanırıb.
sia.az