"Belarus prezidenti erməni Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib təyin edilməsinin əleyhinə olduğundan Sankt-Peterburq iclasından imtina etdi. Aleksandr Lukaşenko öncədən də çıxışlarında qeyd etmişdi ki, məhz bu tərkiblə gələcəkdə hər hansı münaqişənin nizamlanmasında Belarusun kontingentindən istifadə ölkəsinin yüksək səviyyədə əlaqələrinin olduğu dövlətlərlə münasibətlərinin pozulmasına gətirib çıxara bilər və bu səbəbdən görüşdə iştirak etməyəcək". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, digər dövlətlər də artıq başa düşürlər ki, Avrasiya İttifaqı və KTMT əsasən Rusiyanın özünə lazımdır: "Sankt-Peterburq iclasında gündəliyə bir sıra məsələlər, o cümlədən narkotiklərlə mübarizə, iqtisadi, gömrük, vergi problemlərinin həlli və rotasiya qaydasında Ermənistan nümayəndəsinin KTMT-yə baş katib təyin olunması qoyulmuşdu. Görüşün ən kluminasiya nöqtəsi isə Qazaxstanın Suriya danışıqları üçün məkan kimi seçilməsi idi. Gedişat göstərir ki, üzv dövlətlər yaxşı başa düşürlər ki, Rusiyanın bu təşkilatlarda mövqeyi özünü qoruması üçün lazımdır. Ona görə də, bu dövlətlər görüşlərə qatılmaqdan müəyyən qədər imtina etməyə başlayıblar. Bu da göstərir ki, artıq Avrasiya İttifaqı və KTMT-də parçalanma başlayır. Üzv dövlətlər üçün istər KTMT, istər də Avrasiya İttifaqı heç bir müsbət məna daşımır. Bu gün bütün dövlətlər iqtisadi, siyasi problemlərinin həlli üçün müsbət addım atmağa çalışırlar. Lakin bu təşkilatlarda indiyədək belə bir nəticə əldə olunmayıb. Ona görə də, bu dövlətlər ikitərəfli əlaqələrə daha çox önəm verirlər. Məsələn, Belarusla Azərbaycan arasında olan strateji müttəfiqliq münasibətləri bu dövlətin KTMT-nin iclaslarına qatılmasına tərəddüdlərinin yaranmasında birbaşa təsiri var. Hər kəs yaxşı başa düşür ki, Rusiya özünü və vassalı olan Emrənistanı qorumaq üçün Avrasiya İttifaqı və KTMT-dən vasitə kimi istifadə edir. Amma Rusiya bunu süni yolla həyata keçirə bilməyəcək".
sia.az