PDF Oxu

Siyasət

  • 28

Cümşüd Nuriyev: “ABŞ-Rusiya mövqelərinin üst-üstə düşməsi ehtimalı yüksəkdir” AÇIQLAMA

Cümşüd Nuriyev: “ABŞ-Rusiya mövqelərinin üst-üstə düşməsi ehtimalı yüksəkdir” AÇIQLAMA

"Ümumiyyətlə ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişməsi heçnəyi həll etmir. Bütün hallarda həmsədrlər dəyişdikcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesi uzanır". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, yenidən həmsədrlərin dəyişməsi heç şübhəsiz ki, onlar üçün bu münaqişənin uzadılması deməkdir: "Çünki ABŞ-da prezident dəyişdi, bu il isə Fransada seçkilər olacaq. Rusiyanın mövqeyi isə bizə məlumdur. Ona görə də həmsədrlər dəyişdi-dəyişmədi məsələ heç də onlardan asılı deyil. Məsələ həmsədrlik edən ölkələrin iradəsinə bağlıdır. Daha doğrusu proseslər ABŞ-Rusiya mövqelərinin üst-üstə düşməsindən asılıdır. Siyasi hadisələrin gedişi göstərir ki, onların mövqelərinin bir olması ehtimalı yüksəkdir. Yəni biz bunu gözləyə bilərik. Digər tərəfdən ATƏT hələ bu günə kimi hansısa bir beynəlxalq münaqişəni həll etməkdə bir nümunə göstərməyib".

sia.az

Digər xəbərlər