PDF Oxu

Siyasət

  • 41

Elşən Musayev: “Azərbaycan tərəfi humanist, haqlı və səbirli tərəfdir” AÇIQLAMA

Elşən Musayev: “Azərbaycan tərəfi humanist, haqlı və səbirli tərəfdir” AÇIQLAMA

"Bu gün bölgədə, dünyada baş verən proseslər, axıdılan qanlar, terrorlar bir növ Ermənistanın maraqlarına xidmət edən hadisələrdir. Çünki onlar özü də qandan, terrordan, işğalçılıqdan yoğrulmuş insanlardır. Sadəcə bu dünyanın qarışıq vəziyyətində Ermənistan bundan bəhrələnmək istəyir". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Deputatın sözlərinə görə, Azərbaycan tərəfi hələ də bütün diplomatik variantlara əl atır: "Rəsmi Bakı bütün beynəlxalq təşkilatlarla maksimum şəkildə işləyir ki, sabah onlara bir irad tutulmasın. Sadəcə olaraq 2016-cı ilin məlum aprel hadisələrində Azərbaycan tərəfi Ermənistana bir dərs verdi. Hətta bütün bunlarla bağlı cənab Prezident İlham Əliyev açıq mövqeyini ortaya qoyub. Ümumiyyətlə Dağlıq Qarabağ torpaqlarımızın qayıtmasından başqa müzakirə predmeti ola biləcək heçnəyin olmadığını ölkə rəhbəri dəfələrlə beynəlxalq ictimaiyyətə çatdırıb. Hətta Rusiya, region dövlətlər də bu haqda agahdır. Sadəcə hansısa effekt yoxdur. Dövlət başçısı özü də bu haqda dəfələrlə deyib ki, biz artıq bütün o vasitələrin sonuna çatırıq. Azərbaycan tərəfi humanist, haqlı və səbirli tərəfdir. Amma 2017-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün olub-olmamasını öncədən söyləmək olmaz. Təbii ki, təkliflər olarsa, dəyərləndiriləcək. Onu deyə bilərəm ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan hərbi cəhətdən qorxub".

sia.az

Digər xəbərlər