PDF Oxu

Siyasət

  • 24

Millət vəkili: “Ermənilər növbəti dəfə ordumuzun sərt silləsi ilə qarşılaşacaq” AÇIQLAMA

Millət vəkili: “Ermənilər növbəti dəfə ordumuzun sərt silləsi ilə qarşılaşacaq” AÇIQLAMA

"Ermənistan rəhbərliyi hakimiyyəti əlində saxlamaq üçün işğalçılıq siyasətini davam etdirir. Onlar müxtəlif əsassız bəhanələrlə danışıqlardan yayınır, təxribatlar törədirlər. Ancaq proseslər göstərir ki, ermənilər artıq dalana dirəniblər". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.O qeyd edib ki, ölkəmiz münaqişənin sülh yolu həllini istəsə də, Ermənistanın danışıqlardan qaçması, törətdiyi təxribatlar onları növbəti dəfə Azərbaycan ordusunun sərt silləsi ilə qarşılaşdıra bilər: "Ordumuzun ötən ilin aprel ayındakı uğurlu hərbi əməliyatları erməniləri qorxuya salıb. Onlar yaxşı bilirlər ki, təmas xəttində növbəti dəfə hərbi əməliyyatlar aktiv fazaya keçərsə, Azərbaycanın qarşını almaq mümkün olmayacaq və ordumuz bütün torpaqlarımızı işğaldan azad edəcək. Ermənistanın artıq çıxış yolu qalmayıb".

sia.az

Digər xəbərlər