PDF Oxu

Siyasət

  • 20

MM-in deputatı: Ölkədə qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir

MM-in deputatı: Ölkədə qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir

"Respublikamızın zonalarında yeni sənaye və digər istehsal sahələri yaradılır. Bu tədbirlər Azərbaycan iqtisadiyyatına daha da təkan verəcək". Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, dövlətimizin başçısının apardığı çevik siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm sistemli tədbirləri həyata keçirilməkdədir.

"Bu zaman ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pul və fiskal siyasətin sərtləşdirilməsi, bank sektorunun sağlamlaşdırılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir"- deyə, deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər