PDF Oxu

Siyasət

  • 18

"Ötən il Azərbaycanın münaqişənin həlli ilə bağlı atdığı addımlar tarixi maksimuma çatdı" MÜNASİBƏT

"Ötən il Azərbaycanın münaqişənin həlli ilə bağlı atdığı addımlar tarixi maksimuma çatdı" MÜNASİBƏT

"2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar tarixi maksimum səviyyəyə çatdı". Sia-nın xəbərinə görə, bunu Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Politoloq qeyd edib ki, ötən ili diqqətlə izləyənlər bilirdi ki, 2016-cı ildə müharibə olacaq: Dağlıq Qarabağ tənzimləməsində aprel döyüşləri 25 il ərzində Azərbaycan ilk dəfə idi ki, qələbə qazandı. Bu döyüşlər Azərbaycanın təkbaşına əldə etdiyi qələbə idi. O zaman Türkiyə-Rusiya münasibətləri gərgin idi. Bu baxımdan bu qələbə Azərbaycanın tək qələbəsi idi. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlardan danışanda Ağdərəni xüsusi qeyd edir. Çünki Ağdərə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə daxil idi. Bu ərazidən çoxlu sayda ərazi almaq bir başa Kəlbəcərin işağaldan azad olunmasında böyük əhəmiyyətə malikdir. Ağdərədən yer götürməklə biz Kəlbəcərə gedib çıxa bilərik. Biz 10 min hektar ərazi götürməmişik və bu ərazilər hektarla deyil, çoğrafi mövqeyinə görə çox əhəmiyyətlidir" Politoloq söylıyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi təkcə həmin ərazilərlə bağlı deyil: "Bizə müstəqil siyasətimizdən imtina etməyə gətirib çıxaran addımlar atmağa məcbur etməyə cəhd edirlər. Lakin Qarabağın naminə müstəqil siyasətimizdən imtina etməliyikmi? Xeyr! Biz əldə etdiklərimizi bu yolla qazanmışıq və torpaqlarımızı da bu yolla geri qaytaracağıq". M.Əhmədoğlu söyləyib ki, ABŞ-ın yeni həmsədrinin Hoqland olması Ermənistan tərəfindən narazılıqla qarşılandı: "Onun fəaliyyəti ermənilərin acığına gəlir. Çünki vaxtilə Hoqland "erməni soyqırımın" araşdırılmasına abş-lı tarixçilərinin qoşulmasını tələb etmişdi".

sia.az

Digər xəbərlər