PDF Oxu

Siyasət

  • 15

Elçin Mirzəbəyli: "Dövlət maraqlarımızın qorunması istiqamətində "SƏS"qəzetinin xidmətləri əvəzsizdir"AÇIQLAMA!

Elçin Mirzəbəyli: "Dövlət maraqlarımızın qorunması istiqamətində "SƏS"qəzetinin xidmətləri əvəzsizdir"AÇIQLAMA!

"Səs" Azərbaycanın mətbuat tarixində öz yeri, öz çəkisi olan bir qəzetdir. Azərbaycançılıq ideyasının, istiqlal məfkurəmizin təbliğində, milli və dövlət maraqlarımızın qorunması istiqamətində yürüdülən siyasətin dəstəklənməsində "Səs"in xidmətləri əvəzsizdir". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP sədrinin müavini, "Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli qeyd edib ki, yanvarın 11-də Azərbaycan mətbuat tarixində özünəməxsus yeri, rolu olan, yeni mətkəb yaratmış "SƏS" qəzetinin 26 yaşı tamam olacaq: "Bu illər ərzində "Səs" öz fəaliyyətini xeyli genişləndirib və böyük bir media qrupuna çevrilib, fəaliyyətini uğurla, yüksək peşəkarlıqla davam etdirir. "Səs" qəzetinin Baş redaktoru, dəyərli dostum Bəhruz Quliyevi və bütün həmkarlarımı mətbu orqanının 26-cı ildönümü münasibətilə təbrik edirəm. Bir daha dəyərli həmkarlarımı təbrik edir, yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayıram. Hə zaman "Səs"iniz gəlsin!".

sia.az

Digər xəbərlər