PDF Oxu

Siyasət

  • 19

Musa Qasımlı: "Azərbaycanın seçdiyi yol yeganə və düzgün yoldur" AÇIQLAMA

Musa Qasımlı: "Azərbaycanın seçdiyi yol yeganə və düzgün yoldur" AÇIQLAMA

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, bunu etibarlı edən düzgün yürüdülən siyasət eləcə də xalqımızın daim dövlət və hakimiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafıdır.Millət vəkili qeyd edib ki, sabitlik və dövlətimizin güclü olması, ilk növbədə, Azərbaycan vətəndaşlarının xeyrinədir: "Dünyanın, demək olar ki, rahat gediləsi ölkəsi çox az qalıb. İstər yaxın, istərsə də uzaq ölkələrdə insanların axşam evlərinə sağ-salamat dönəcəklərinə inamı yoxdur. Vətənimizdə isə tamamilə fərqli bir şərait var". M. Qasımlı əlavə edib ki, sabitliyin olmadığı və təhlükəsizliyin təmin edilmədiyi bir yerdə inkişaf, tərəqqi və xeyir-bərəkət də olmaz: "Tarix və ətrafda baş verən hadisələr göstərir ki, Azərbaycanın seçdiyi yol yeganə və düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur. Ona görə də Azərbaycan vətəndaşları daim dövlətimizin güclü olmasına və ictimai sabitliyin qorunmasına çalışmalıdırlar".

sia.az

Digər xəbərlər