PDF Oxu

Siyasət

  • 19

Niyaməddin Orduxanlı: “QHT-lər var ki, pula görə, vətəni də satmağa hazırdılar”

Niyaməddin Orduxanlı: “QHT-lər var ki, pula görə, vətəni də satmağa hazırdılar”

"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında müxtəlif xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını tənqid etdi". Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Prezident bəzi QHT-ləri tənqid etməklə haqlıdır: "Prezidentin bütün mənbələrdən dəqiq məlumatı var. Həqiqətən də QHT-lər var ki, onlar ölkənin nüfuzunu aşağı salmaq , Azərbaycana ləkə vurmaq, dövləti qaralamaq və görülən işlərin üzərinə kölgə salmaq məqsədi daşıyırlar. Bu təşkilatların bütün fəaliyyəti Azərbaycanın milli maraqlarına zərbə vurmaqdır. Hər kəsə də bəllidir ki, bu cür təşkilatlara erməni diasporası və lobbiləri güclü maliyyə dəstəyi verilər. Bizimkilər üçün isə, əsas puldur. QHT-lər var ki, pula görə, vətəni də satmağa hazırdılar. Prezident İlham Əliyev faktlara əsaslanaraq bu cür çıxış etdi. Bununla da konkret olaraq onları ifşa etmiş oldu".

sia.az

Digər xəbərlər