PDF Oxu

Siyasət

  • 16

"Səs" qəzeti şanlı tarixin canlı şahididir

"Səs" qəzeti şanlı tarixin canlı şahididir

Hələ 1992-ci illərdən sevə-sevə oxuduğum, daima həqiqətləri və xalqın haqq səsini səhifələrində əks etdirən ""Səs" qəzetini 26-cı ildönümü ilə əlaqədar təbrik edirəm. Bu neçə illərdə "Səs" qəzetinin redaksiyasında, bu qəzetin kollektivində çalışan insanların fədakar əməyini yüksək qiymətləndirirəm. Çünki bu fəaliyyət daim dövlətçiliyimizin möhkəmləndirilməsində, inkişaf etdirilməsində xüsusi rol oynayıb, bu gün də davam etdirilməkdədir. "Səs" qəzeti bir yaradıcı qələm əhlinin toplaşdığı bir təşkilat olmaqla yanaşı, eyni zamanda, siyasi bir təşkilatdır. Əbəs yerə deyil ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının ən mübariz qəzeti kimi qiymətləndirilməkdədir. Bu qəzet Azərbaycanın ikinci müstəqilliyi ilə yaşıddır, tariximizin şanlı səhifələrindən biridir və yarandığı dövrdən başlayaraq, dövlətçilik uğrunda mübarizəyə qoşulub. Əlbəttə ki, ziyalılarımızın "Səs" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciəti, eləcə də, Ulu Öndər Heydər Əliyevin bu qəzet vasitəsilə ünvanladığı tarixi cavabı da belə qənaətə gəlməyə əsas verir ki, həmin dövrlərdə Azərbaycanda baş verən xaos və anarxiyanın qarşısının alınmasında "Səs"in şücaəti kifayət qədər böyükdür. Əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev "Səs" qəzetini özünün ən sevimli qəzeti kimi qiymətləndirmişdi.

"SƏS" qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözlə, "SƏS" xalqın dəstəklədiyi YAP ilə ortaq tarixi inkişaf yolu keçib, həlledici məqamlarla partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Ona görə də, bu qəzet həm də xalqın və YAP-ın mətbu ruporu kimi qiymətləndirilməkdədir.

Beləliklə, vurğulandığı kimi, "SƏS" qəzeti bu gün də YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "SƏS" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "SƏS"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir.

Yaxşı yadımdadır, YAP-ın Masallı rayon təşkilatını yaradarkən və sonrakı fəaliyyət dövründə, haqq səsinin insanlar arasında daha geniş şəkildə çatdırılması üçün, həqiqətləri öyrənmələri üçün daima Bakıdan "SƏS" qəzetinin nüsxələrini gətirərək, rayon ictimaiyyətinin arasında yaymağa çalışırdıq. "SƏS" qəzeti həm də Ulu Öndər Heydər Əliyevin insanlarla canlı ünsiyyət vasitəsi missiyasını daşıyırdı. Mən fürsətdən istifadə edərək, qəzetin ilk baş redaktoru Ağabəy Əsgərovu, hazırkı baş redaktoru Bəhruz Quliyevi, eləcə də, "Səs" qəzetində çalışmış, bu gün də fəaliyyət göstərən nümunəvi kollektivi 26-cı ildönümü münasbəti ilə təbrik edirəm".

Şirvan Əbilov,

Prezident təqaüdçüsü

Digər xəbərlər