PDF Oxu

Siyasət

  • 22

YAP Daşkəsən rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir

YAP Daşkəsən rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir

Dünən YAP Daşkəsən rayon təşkilatının hesabat-seçki yığıncaqları təsdiq olunmuş qrafikə uyğun olaraq, ilk partiya təşkilatlarında uğurla davam etdirilmişdir.

Növbəti hesabat-seçki yığıncağı Zağalı ərazi ilk partiya təşkilatında ruh yüksəkliyi ilə davam etdirilmişdir. Yığıncağın əsas müzakirə mövzusu ötən dövr ərzində ilk partiya təşkilatında görülən işlərin müzakirəsi və partiya sıralarına yeni üzvlərin qəbulu olmuşdur.

Gündəlikdə duran məsələlər barədə YAP Daşkəsən rayon təşkilatı Zağalı ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvü Rasim Allahverdiyev öz çıxışında vurğulamışdır ki, ölkəmizin hər yerində, eləcə də, rayonumuzda Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir.

Məruzəçi öz nitqinin sonunda yığıncaq iştirakçılarını əmin edərək, bildirdi ki, partiyanın bundan sonra da qarşıya qoyulan bütün tapşırılarını daha da məsuliyyətlə icra ediləcəklər.

Hesabat-seçki yığıncağında YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası çox çətin bir şəraitdə yaradılmışdır: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsa da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə ziyalılar Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi".

Təşkilat sədri çıxışında bildirdi ki, rayonda bu gün Yeni Azərbaycan Partiyası uğurla öz işini qurur və inkişaf edir. "Rayon təşkilatına yaxından göstərilən köməyə və yaradılan şəraitə görə, rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevə öz dərin minnətdarlığımızı bildiririk".

Sonra yığıncaqda Hətəm Əzizov, Seymur Həsənov və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının ötən dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Hesabat-seçki yığıncağında 7 nəfərdən ibarət idarə heyəti, YAP Daşkəsən rayon təşkilatının IX konfransına ərazi ilk partiya təşkilatından 7 nəfər nümayəndə seçilmişdir.

Hətəm Əzizov Zağalı ərazi ilk partiya təşkilatının yeni sədri seçilmişdir.

Ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağının sonunda bir qrup gənc və ziyalı YAP sıralarına qəbul olunmuşdur.

RƏFİQƏ

Digər xəbərlər