PDF Oxu

Siyasət

  • 27

YAP Sabunçu rayon təşkilatnın Şura iclası keçirildi

YAP Sabunçu rayon təşkilatnın Şura iclası keçirildi

12 yanvar 2017-ci il tarixdə YAP Sabunçu rayon təşkilatnın Şura iclası keçirilib. İclasda YAP Sabunçu rayon təşkilatının 2016-cı ildə gördüyü işlərin hesabatı dinlənilib, təşkilatın 2017-ci il üçün Fəaliyyət Planı, ərazi ilk partiya təşkilatlarında hesabat seçki yığıncaqlarının keçirilməsi, bununla əlaqədar müvafiq qrafikin təsdiq edilməsi, rayon təşkilatının IX hesabat seçki konfransına seçiləcək nümyəndələr üçün normanın müəyyən edilməsi, ərazi ilk partiya təşkilatlarından üzvlük haqlarınn yığılması vəziyyəti barədə məsələlər geniş müzakirə edilib.SİA-nın verdiyi məlumata görə, iclası giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatnın Sədri Mehriban Abasquliyeva gündəlikdə duran məsələlər barədə məlumat verərək rayon təşkilatının ötən ilki hesabatını diqqətə çatdırıb. Bildirib ki, hesabat dövründə YAP-ın ideoloji, təşklati prinsiplərinin yerinə yetirilməsi, rayon təşkilatınn müvafiq Fəaliyyət Planına uyğun olaraq müxtəlif mövzuları əhatə edən çoxsaylı tədbirlər, layihələr həyata keçirilib, Sabunçu rayon ictimaiyətinin fəallarının iştirakı təmin edilib.M.Abasquliyeva YAP üzvlərinin sıralarınn günbəgün artdığını və bunun ölkə Prezidenti YAP-ın Sədri cənab İlham Əliyevin siyasi kursunun xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsi olduğunu qeyd edib. Vurğulayıb ki, 2016-cı ilin sonuna Sabunçu rayon təşkilatının üzvlərinin sayı 9690 nəfərə çatmışdır. Onların içərisində gənclər üstünlük təşkil edir. Daha sonra ötən ilin 26 sentyabr tarixində keçirilən ümumxalq səsverməsinə diqqət çəkərək YAP tərəfindən yaradılan "Yeni Azərbycan" referndum üzrə təşviqat qrupu tərəfindən Sabunçu rayonunda keçirilən görüşlərdə ətraflı məlumat verib.M.Abasquliyeva həmçinin rayon təşkilatının IX hesabat seçki konfransına hazırlıq məqsədi ilə görüləcək işlərdən danışıb. Bununla əlaqədar ilk partiya təşkilatlarında hesabat seçki yığıncaqlarının keçirilməsi üçün müvafiq qrafik tərtib edildiyini, orada YAP üzvlərindən rayon konfransına nümayəndələrin seçiləcəyini bildirib.İclasda YAP Sabunçu rayon təşkilatının Aparat Rəhbəri R.Abbasəliyev təşkilatın 2017-ci il üçün Fəaliyyət Planı haqqında məlumat verib. Daha sonra iclasda gündəliyə çıxarılan məsələlər haqqında geniş müzakirələr başlayıb. YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Ramidə İbrahimova, təlimatçı Nəbi Hacıyev və digərləri öz fikirlərini söyləyiblər.İclasda müzakirəyə çıxarılan məsələlərlə bağlı qərar qəbul edilib.

sia.az

Digər xəbərlər