BAXCP rəsmisindən İsa Qənbərə: "Niyə Müsavat partyasını böhrandan çıxarda bilmədin?"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin dediklərinə münasibət bildirib.Bu barədə SİA-ya açıqlama verən BAXCP rəsmisi deyib ki, İsa Qəmbərin pafoslu çıxış etməsi təəccüblə qarşılanır: "İsa Qəmbər deyir ki, keçən ildən müxalifət olaraq "Böhrandan imkana" adlı yol xəritəsi hazırlayıb cəmiyyətə təqdim ediblər. Burda deyiblər, böhrandan çıxmağı bilirsənsə, niyə Müsavat Partiyasını böhrandan çıxarda bilmədin?! Partiya 3-4 yerə parçalanıb, AXCP-nin 2000-ci il vəziyyətinə düşüb. Müsavatı 1992-ci ildə birgə quran - Vurğun Əyyub, Sülhəddin Əkbər, Hikmət Hacızadə, Rauf Arifoğlu, İbrahim İbrahimli və onlarla adını çəkmədiyim şəxslər, son vaxtlar partiyadan gedənləri - Qubad İbadoğlunu, Tural Abbaslını partiyada saxlaya bilməyən İsa Qəmbərin "Böhrandan çıxmaq" layihəsi kimə lazımdır?! Bu adamların əksəriyyəti özünə partiya qurub. İnanmıram ki, İsa Qəmbərin hazırladığı layihə cəmiyyətə xeyir versin".
sia.az