"Artıq 2017-ci ildir və çox təəsüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb. Münaqişənin öz həllini tapmaması, münaqişənin status – kvosunun dəyişməməsi Ermənistan tərəfinin lehinə olan vəziyyətdir. Ermənilər danışıqların uzadılması ilə illərdi ki, məşquldurlar. Eyni zamanda aprel hadisələri göstərdi ki, münaqişə istənilən vaxt alovlana bilər. Bu isə, təkcə Cənubi Qafqaz dövlətləri üçün yox, eyni zamanda bütün regional dövlətlər üçün də olduqca təhlükəlidir. Burada hətta region dövlətlərinin ərazi bütövlüklərinin pozulmasından da söhbət gedə bilər". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə mane olan tərəflər ağıllarını başlarına yığıb ilk olaraq ətraf rayonları Azərbaycana qaytarmağa Ermənistanı təhrik etməlidirlər: "Təkrar edirəm, Cənubi Qafqazda gələcəkdə baş verəcək müharibə şimaldakı və cənubdakı qonşularımız üçün də pis nəticələnə bilər. Ermənilər vaxti ilə öz çirkin planlarını həyata keçirərək ərazilərimizdə öz dövlətlərini qurublar. Aydındır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin qurulmasına bugün də, onilliklər sonra da icazə verməyəcək. Biz gələcəyə baxaraq hərbi cəhətdən güclənməyə davam etməliyik".
sia.az