"Türkiyə İslam dünyasının ən böyük, sivil və güclü ölkəsidir. Son vaxtlar Türkiyənin iqtisadi və hərbi gücü daha da artmaqdadır. Həm də Türkiyə islam dünyasında birlik yarada bilmək ehtimalına malik bir ölkədir. Müsəlmanların birləşməsini və dünyada gücə çevrilməsini qəbul etməyən güc mərkəzləri var. Türkiyə Avropanın bir hissəsi olmasına baxmayaraq, ancaq müsəlman ölkəsi olduğuna görə müxtəlif bəhanələrlə Avropa ittifaqına qəbul etmədilər. Onlar heç vaxt güclü Türkiyəni istəmirlər. Ona görə də İŞİD, Əl Qaidə, Gülənçilər, PKK və.s yaradıblar". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, xarici müdaxilələrə çox güclü və yerindəcə cavab verən Türkiyəni xaricdən təzyiq və təsirlərlə zəiflətməyin mümkün olmadığını görən həmin dairələr çalışırlar ki, daxildən terrorlar və vətəndaşlar arasında narazılıqlar salmaqla parçalasınlar: "Bu məqsədlərlə mütəmadi həyata keçirilən terror hadisələri yüzlərlə günahsız insanların canını alır, Türkiyəyə müəyyən qədər iqtisadi təsirlər göstərir. Amma, bütün bu cəhdlərə baxmayaraq, türk vətəndaşının iradəsi möhkəmdir və vahid Türkiyə uğrunda canından keçməyə hazırdır. Düşünürəm ki, baş verən hər bir terror hadisəsini milli birliyə dəvət olunan bir çağırış kimi qəbul edən türklər tarixin hər bir dönəmində cəsarətliliyi və prinsipallığı ilə fərqlənərək Türkiyənin müstəqilliyini qoruyub saxlayıb və gələcəkdə də saxlamaq iqtidarındadırlar".
sia.az