PDF Oxu

Siyasət

  • 14

Politoloq: “ABŞ-Rusiya münasibətləri daha da kəskinləşəcək” AÇIQLAMA

Politoloq: “ABŞ-Rusiya münasibətləri daha da kəskinləşəcək” AÇIQLAMA

"Donald Trampın dövründə ABŞ-Rusiya münasibətlərinin əvvəlki dövrlərə nisbətən daha kəskin olması gözlənilir. ABŞ-ın idarəçiliyində bir çox vacib prinsiplər var. D.Tramp prezident olsa da tək qərar qəbul etmək imkanı azdır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, hazırda ABŞ-ın idarə olunmasında iki əsas məsələ Rusiya ilə münasibətlərin daha da kəskinləşəcəyini deməyə rəvac verir: "Birincisi, ABŞ-ın idarə olunması oturuşmuş sistemdir və kollegialdır. D.Tramp qərar qəbul edərkən hökmən ətrafındakı digər idarəçilər və müşavirlərinin rəyini öyrənməlidir. Onun ətrafındakılar isə anti-Rusiya fikrində olan insanlardır.İkinci məsələ isə, hazırda ABŞ-da həm prezident, həm Konqresin alt, həm də üst palatası - yəni həm nümayəndələr palatası, həm də Senat tamamilə republikaçıların əlindədir. İndiki republikaçı konqresmen və senatorların böyük əksəriyyəti isə kəskin anti-Rusiya mövqeli şəxslərdir. Ona görə Barak Obamanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları D.Tramp aradan qaldıra bilməyəcək. B.Obamanın qərarını ləğv etmək üçün D.Tramp Konqresə müraciət etməlidir. Konqres isə buna imkan verməyəcək. Ona görə ABŞ-Rusiya münasibətləri daha da kəskinləşəcək. Oradakı sistem elədir ki, D.Tramp təkbaşına Rusiya ilə münasibətləri istiləşdirmək istəsə, Konqres onu rahatlıqla impiçmentə göndərərək, vəzifəyə vitse-prezidenti təyin edəcək. Həmin vitse-prezident isə klassik respublikaçıdır və radikal partiya üzvlərindəndir".Politoloq qeyd edib ki, anti-Rusiya konqresmen və senatorlar yalnız müvəqqəti olaraq S.Trampın Suriya məsələsində Rusiya ilə əməkdaşlığına, bu istiqamətdə Rusiyanın əleyhinə getməməsinə dözümlülük nümayiş etdirə bilərlər. O bildirib ki, bunun səbəbi isə anti-Rusiya konqresmen və senatorların Suriyada ABŞ-ın mövqeyini əvvəlki vəziyyətə qaytarmaq mümkün olmadığını anlamasıdır.

sia.az

Digər xəbərlər