"Hərbi əsirlər və əsgərlərlə bağlı beynəlxalq konvensiya var ki, ona uyğun olaraq ölən əsgərin nəşi geri qaytarılmalıdır. Lakin Ermənistan buna əməl etmir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Məsələlərə nə Vyana Konvensiyası, nə də beynəlxalq hüquq müstəvisində baxılmadığını təəssüflə qeyd edən politoloq bildirib ki, ATƏT-in Minsk qrupunun hadisə ilə bağlı verdiyi bəyanatı gecikmiş hesab etmək olar.Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin də bu məsələ ilə bağlı ciddi fəaliyyət göstərmədiyini qeyd edən C. Nuriyev söyləyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın bu addımı ilə bağlı NOTA verməli və həmin NOTA-da beynəlxalq hüququn şərtlərinin pozulması gündəmə gətirilməlidir: "Əgər bu qanun yalnız müsəlman dövləti üçündürsə, Azərbaycan bunu bilməlidir. Yox əgər burada söhbət xristian həmrəyliyindən gedirsə, o da ölkəmizin diqqətinə çatdırılmalıdır. Amma bütün bunlara baxmayaraq, öldürülən əsgərimizin geri qaytarılmasını tələb etmək Azərbaycanın hüququdur. Çox təəssüf ki, bu məsələdə də ikili standartlar özünü göstərir. Bunun başqa adı yoxdur"."Ermənistanın bu hərəkəti ilk deyil. Bilirsiniz ki, o zaman düşmən ölkə Mübariz İbrahimovun, Fərid Əhmədovun da nəşini gec qaytarmışdı. Bu baxımdan indiki şəraitdə onlardan insanlıq gözləmək mənasızdır. Ermənilərin Qafqaza gəldikləri 200 ilə yaxın müddətdə onlar ancaq Azərbaycana bəla gətiriblər. Onlarda insanlıqdan uzaq psixologiya var. Ona görə də düşmən ölkədən hansısa addım gözləmək çox çətindir. Çünki onlar bütün məsələləri terror yolu ilə həll edirlər"- deyə, politoloq əlavə edib.
sia.az