PDF Oxu

Siyasət

  • 28

"Human Rights Watch" kimi təşkilatlar heç zaman obyektiv ola bilməzlər" MÜNASİBƏT

"Human Rights Watch" kimi təşkilatlar heç zaman obyektiv ola bilməzlər" MÜNASİBƏT

"Human RightsWATCH " təşkilatının Azərbaycanın daxili məsələləri ilə bağlı hər zaman ikili standart münasibəti hər zaman özünün göstərir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev adıçəkilən təşkilatın ölkəmizlə bağlı yaydığı növbəti hesabatına münasibətini bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, elə sahələr var ki, orada Azərbaycanın əldə etdiyi nailiyyətlər, uğurlar şəksiz qeyd edilməlidir: "Hansı ki bütün obyektiv beynəlxalq tribunalar bu uğurları qeyd edirlər. Məsələn ölkədə multikultural dəyərlərin həyata keçirilməsi, vətəndaş təhlükəsizliyi, millətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsi, dövlətin milli, din siyasəti hətta Qərbin ən sivil ölkələri ilə müqayisədə mübahisəsiz şəkildə təmin olunmasına baxmayaraq, çox təəssüf ki, "Human Rights Watch" və digər bu kimi təşkilatların hesabatlarında özünə yer almır. Amma bunun əksinə olaraq isə insan haqları, demokratik inkişafın səviyyəsi və digər bu kimi konkret həddi və ölçüsü olmayan bütün ölkələrin timsalında mübahisəli görünən, hətta ABŞ kimi qədim demokratik tarixə malik olan ölkənin belə təcrübəsində mübahisəli qarşılanan insan haqları və demokratik inkişaf səviyyəsi ilə bağlı Azərbaycanın təcrübəsi barədə tənqidlərə, ikili standartlara rast gəlirik. Sözsüz ki, bunlar obyektiv yanaşmalar deyil. Nədənsə, "Human Rights Watch" təşkilatı Azərbaycanda o sahələrdə ki, şərhsiz və mübahisəsiz nəticələr var onlara toxunmur, amma dünyanın bütün ölkələrində istənilən səviyyədə mübahisəyə yol açacaq sahələri hədsiz dərəcədə qabardıb, qərəzə varır".A.Quliyev qeyd edib ki, regionun digər ölkələri ilə müqayisədə Azərbaycan ümumi şəkildə müsbət nəticələrə malik olmasına baxmayaraq, eyni məsələlərə görə ölkəmizin tənqid olunması, ənənə şəklini aldığı halda, başqa ölkələrdə həmin məsələlərin üzərindən sükutla keçilir: " Ölkəmizdə adi bir hadisəni mötəbər hesabatlarda həvəslə əks etdirən "Human RightsWATCH " təşkilatı Ermənistanda seçkilər vaxtı baş verən zorakılıqlar, siyasi proses zamanı insan haqlarının kütləvi şəkildə pozulması, sərbəst toplaşmaq və ifadə azadlığının ümumiyyətlə, yerinin olmadığı kimi faktlara lazımı qədər münasibət göstərmir. Hansı ki düşmən ölkədə baş verənlərin birbaşa seçki prosesinə təsir etməsinə baxmayaraq, belə beynəlxalq təşkilatların hesabatlarında özünə yer almır. Bax bu da ikili standart münasibətin göstəricisidir. Bu baxımdan düşünürəm ki, sözügedən beynəlxalq təşkilat ikili standart yanaşma tərzini ənənəvi və dəyişməz fəaliyyət prinsipinə çeviribsə, ona əhəmiyyət verməyə ehtiyac yoxdur. Azərbaycan özü yolunu davam etməlidir".Hesabatda jurnalistlərin əfv edilməsi məsələsinə qərəzli qiymətin verilməsi ilə bağlı fikrilərini bildirən A. Quliyev əlavə edib ki, əgər hesabatda bütövlükdə Azərbaycana qarşı münasibətdə obyektivlik prinsipləri və dəyərləri axıra qədər gözlənilmirsə, o zaman ayrı-ayrı detallarda subyektivliyin özünü göstərməsi təbiidir: "Əgər "Human Rights Watch" təşkilatı başqa faktları görmürsə, o zaman jurnalistlərin əfv olunmasında, eləcə də digər məsələlərdə qüsurlar axtaracaqlar. Bu baxımdan təşkilatın hesabatında yer alan bütün fikirlər, ümumi şəkildə içəridən gələn qeyri obyektiv, qərəzli münasibətin təzahürləridir. Belə olan halda, onlar heç zaman obyektiv ola bilməzlər".

sia.az

Digər xəbərlər