PDF Oxu

Siyasət

  • 23

Davos İqtisadi Forumu Azərbaycana nə vəd edir? ŞƏRH

Davos İqtisadi Forumu Azərbaycana nə vəd edir? ŞƏRH

"Davos İqtisadi Forumu dünyanın ən böyük forumu kimi qiymətləndirilir. Bu forumu digərlərindən fərqləndirən cəhət burada çoxlu sayda dünyanın yüksək səviyyəli insanlarını toplanmasıdır. Belə ki, forum nəticə etibarı ilə qlobal aləmin fərqli təşkilatlarını təmsil edən insanlar, dövlət və hökumət başçıları, iş adamları, ekspertləri və media bir araya gəlmək imkanı qazanırlar". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Forumun kifayət qədər əhəmiyyətli və təsirli olduğunu qeyd edən V. Bayramov söyləyib ki, Azərbaycan Prezidentinin həmin forumda iştirakı ölkəmiz bu foruma ciddi əhəmiyyət verdiyini deməyə əsas verir: "Bildiyiniz kimi Azərbaycan bu forumda ölkə başçısının rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Ölkəmizin bu foruma ölkə rəhbəri səviyyəsində qatılması Azərbaycanın bu foruma verdiyi qiymətin göstəricisidir. Bununla yanaşı Davos İqtisadi Forumu Azərbaycan üçün vacibdir. Forum Azərbaycan üçün həm post-neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan prezidenti Forum çərçivəsində həm dövlət, həm hökumət həm biznes nümayəndələri ilə görüşlər keçirməklə yanaşı, beynəlxalq medianın suallarını cavablandırır, onlara müsahibələr verir. Bütün bunlar həm ölkəmizin potensialı, həm də ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından vacibdir".Forumun ölkəmizə xarici investisiyaların cəlb edilməsi baxımından da böyük əhəmiyyətə malik olduğunu deyən iqtisadçı-ekspert qeyd edib ki, forum Azərbaycan iqtisadiyyatının imkanlarının təqdim edilməsi baxımından mühüm tribunalardan biridir: " Azərbaycan Prezidentinin forumda iştirakı ölkəmizin bu tribundan daha səmərəli istifadə etməsinə geniş imkanlar açır. Forumda əldə olunan razılaşmalar, müzakirə olunan məsələlər nəticə etibarı ölkəmizə xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. Bilirsiniz ki, bu gün ölkəmizə xarici investisiyaların cəlb edilməsi əsas prioritetlərdəndir. Azərbaycan brendinin tanıdılması, qeyri-neft sektorunun inkişafında əsas məsələlərdəndir. Forum ölkəmizə təkcə iqtisadi deyil, Dağlıq Qarabağ münaqişəsini də nəzər alsaq, eləcə də bu sahədə həqiqətlərin dünyaya çatdırılması baxımlından vacib hesab olunur".

sia.az

Digər xəbərlər