PDF Oxu

Siyasət

  • 16

Cümşüd Nuriyev: “Dünyanın nə deməsi bizi artıq maraqlandırmamalıdır” AÇIQLAMA

Cümşüd Nuriyev: “Dünyanın nə deməsi bizi artıq maraqlandırmamalıdır” AÇIQLAMA

"Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrovun bəyanatı məni bir qədər çaşdırıb. ATƏT-in həmsədri olan bir ölkənin XİN rəhbərinin birdən-birə Dağlıq Qarabağ və ətraf rayonlarının azad olunması ilə bağlı əndrəbadi bəyanatı artıq o deməkdir ki, Lavrov öz erməni soykökünə qayıdıb və bir erməni olduğunu gündəmə gətirir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, bütün bunlar Madrid, Kazan prinsiplərində var və Sank-Peterburq görüşündə razılaşdırılıb: "Bu günə qədər bu məsələ bütün danışıqların əsas predmeti olub. Masaya yatızdırılıb ki, əvvəl ətraf rayonlar azad olunmalıdır sonra bu məsələ gündəmə gətirilməlidir. Amma Rusiya yenə də öz işini görür. Onlar bir qədər ehtiyyat etdilər ki, birdən ABŞ-ın mövqeyi dəyişər. Rusiya bir növ həm də ortaya qoydu ki, guya ABŞ-ın, Fransanın və Rusiyanın ayrı mövqeyi var. Bu o deməkdir ki, Dağlıq Qarabağın özü və ətraf rayonların azad olunması məsələsi hamısı boş söhbətlərdir. Onlar hər zaman çalaşacaqlar ki, bu problemin donu açılmasın. Dondurulmuş Qarabağ problemi onlar üçün sərfəlidir. Mən bu məsələnin açığı sülh yolu ilə həll olunacağına inanmıram. Azərbaycan yenə də aprel döyüşlərini həyata keçirməlidir və ətraf rayonları azad etməlidir. Dünyanın nə deməsi bizi artıq maraqlandırmamalıdır".

sia.az

Digər xəbərlər