"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə dair son açıqlamasında yeni heç nə deməyib, rəsmi Moskvanın ənənəvi mövqeyini açıqlayıb. Biz dəfələrlər demişik ki, ermənilərin arxasında Rusiya dayanır". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov bildirib. O qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqidir: "Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündürmü?! Əlbəttə ki, yox. Məgər biz Lavrovdan "Qarabağda nə istəyirsiniz edin, bizlik deyil" cavabını gözləyirdik?! Ona görə də bir daha təkrar etmək istəyirəm ki, burda heç bir yenilik yoxdur. Əgər Rusiyanın dəstəyi olmasaydı, biz çoxdan münaqişəni həll etmişdik".
Millət vəkili əlavə edib ki, Azərbaycana böyük müharibə aparmağa imkan vermirlər: "Amma heç bir ölkə Azərbaycana daim ermənilərə təzyiq etmək, işğalçı ölkəni iqtisadi, diplomatik hərbi cəhətdən gərgin vəziyyətdə saxlamağa mane ola bilməz. Hansı tərəfin bu gərginliyə gücü çatmayacaqsa, o da uduzacaq".
sia.az