PDF Oxu

Siyasət

  • 26

DSX-da 20 Yanvar faciəsinin 27-ci ildönü¬mü anılıb¬

DSX-da 20 Yanvar faciəsinin 27-ci ildönü¬mü anılıb¬

Dövlət Sərhəd Xidmətində (DSX) 20 Yanvar faciəsinin 27-ci ildönü¬mü¬ ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhid¬lərin əziz xatirəsi dərin ehtiramla yad edilir.DSX-dan SİA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidməti Aparatında anım mərasimi keçirilib. Öncə tədbir iştirakçıları faciənin ildönümü müna¬si¬¬bəti ilə hazırlanmış sərgiyə tamaşa ediblər.Tədbirlərin rəsmi hissəsində şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Anım mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər.Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə milli-azadlıq mübarizəsini daha da gücləndirib. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayən¬dəliyinə gələrək bəyanat ver¬məsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Ulu Öndər 20 yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalamış, 20 Yanvar ümumxalq hüzn günü elan olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, süverenliyi uğrunda həlak olanların xatirə¬sinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin güclən¬dirilməsi və onlara dövlət qayğısının daha da artırıl¬ması məqsədilə mühüm qərarların qəbul olunması barədə ətraflı məlumat verilib. Tədbirin sonunda 20 yanvara həsr olunmuş sənədli film nümayiş etdirilib.

sia.az

Digər xəbərlər