PDF Oxu

Siyasət

  • 31

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq, iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun "Yer elmləri üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri" mövzusunda məruzəsi dinlənilib. Alim son illər yer elmlərinin müxtəlif istiqamətlər üzrə aparılan elmi tədqiqatlarının vəziyyəti və inkişaf perspektivləri, eləcə də, əldə edilmiş əsas elmi nəticələrə dair təqdimatla çıxış edib.

İclasda akademik Akif Əlizadə "AMEA-nın professoru" Fəxri elmi adının təsis edilməsi məsələsi ilə bağlı çıxış edib. Akademik son illər alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması yönündə islahatların həyata keçirildiyini, yeni fəxri ad, diplom və mükafatların təsis edildiyini diqqətə çadırıb. AMEA prezidenti vurğulayıb ki, akademik-professor fəxri elmi adı miili və beynəlxalq səviyyədə yiiksək elmi nailiyyətlər əldə etmiş, uzun illər AMEA- nın əsas funksiya və vəzifələrinin həyata keçiriiməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədiiə təsis olunur. Məsələ müzakirə olunduqdan sonra yeni fəxri ad təsis edilib. Onun Əsasnaməsinin hazırlanması üçün İşçi Qrup yaradılıb.

Tədbirdə Respublika Eimi-Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması haqqında məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nm akademik-katibi, akademik Rasim Əliquliyev respublikanın elmi qurumlarında aparılan elmi-tədqiqatların təşkili və idarə olunmasında bəzi çətinliklərin yarandığını deyib. Akademik bunun aradan qaldırılması məqsədilə AMEA-da elektron elmin formalaşdırılmasının fəaliyyət planına uyğun olaraq adıçəkilən Şuranın fəaliyyətinə dəstək kimi öikə üzrə elmi problemlərin və dissertasiya mövzularmın reyestrlərinin (informasiya sistemlərinin) yaradılmasının zəruriliyini bildirib.

Rəyasət Heyəti iclasda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalı ilə bağlı məsələni də müzakirə edib. Bildirilib ki, sözügedən konsepsiya və portal Prezident İlham Əliyevin 9 aprei 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə hazırlanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfındən yaradılan bu konsepsiya və veb- portal ötən ilin noyabrında geniş ictimaiyyətə təqdim olunub. Müzakirə prosesində irəli sürülən fıkir və təklifləri nəzərə alaraq, Rəyasət Heyəti Terminologiya Komissiyasının fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, terminologiya sahəsində milli terminoloji standartların işlənilməsi və s. məsələlərlə bağlı qərar verib.

İclasda AMEA-nın elmi miiəssisə və təşkilatlarının Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyəti üzrə hesabatı dinlənilib. Hesabatı məruzə edən akademik Rasim Əliquliyev bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin hazırkı mərhələsində "virtual Azərbaycan"ın formalaşdırılması qarşıya əsas məqsəd kimi qoyulub. Ötən müddət ərzində internet mühitində milli kontentin inkişaf etdirilməsi, xalqımızın tarixi, ədəbi və mədəni irsinin qorunub-saxlanılması və dünya informasiya məkanmda geniş təbliği, eləcə də, Vikipediya ensiklopediyasında Azərbaycanın milli maraqlarının yüksək səviyyədə qorunması işində AMEA-nın müvafiq müəssisə və təşkilatları tərəfındən səmərəli fəaliyyət həyata keçirilib.

Növbəti məsələ "Azərbaycan xalçaları" elmi-publisistik jurnalı ilə bağlı olub. Bildirilib ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik xalçaçılıq sənətinin multidissiplinar əsaslarla tədqiqi istiqamətində son zamanlar AMEA-nın müvafiq elmi- tədqiqat müəssisələri ilə "Azərilmə" MMC arasında əməkdaşlıq münasibətləri genişlənib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi, xalçaçılıq sahəsindəki tədqiqatların elmi nəticələrinin koordinasiyalı şəkildə geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan, rus, ingilis dillərində nəşr olunan "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının AMEA Rəyasət Heyəti və "Azərilmə" MMC-nin birgə təsisçiliyi ilə nəşr edilməsi qərara alınıb. Jurnalın yeni tərkibdə Redaksiya heyəti təsdiqlənib.

Gündəlikdə əksini tapan digər məsələlər AMEA-nın müşaviri, akademik Qərib Məmmədovun 70 illik, AMEA-nın Geoiogiya və Geofızika İnstitutunun Seysmostratiqrafıya şöbəsinin rəhbəri, akademik Pərviz Məmmədovun 80 illik, Tektonofızika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyevin isə 70 illik yubileyləri haqqında olub. Azərbaycan eiminin inkişafmdakı xidmətlərini nəzərə alaraq alimlərin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmələri və yubileylərinə həsr olunmuş elmi konfransların keçirilməsi barədə Rəyasət Heyəti qərarlar verib. Digər qərarla AMEA-nın Neft və Qaz İnstitutunun Elmi Şurasının tərkibi təsdiqlənib. Sonra iclasda akademiyanın müxbir üzvü Aqil Əliyevin 90 illik yubileyi ilə əlaqədar AMEA, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təkliflərindən ibarət Tədbirlər planı təsdiq edilib.

Sonda kadr məsələlərinə baxılıb. Geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov AMEA-nın Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova həmin institutun elmi katibi vəzifəsinə təyin olunublar.

Samir

Digər xəbərlər