PDF Oxu

Siyasət

  • 22

"Bir mətbuat konfransının tarixi" sənədli filminin təqdimatı keçiriləcək

"Bir mətbuat konfransının tarixi" sənədli filminin təqdimatı keçiriləcək

Dünən Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində "Bir mətbuat konfransının tarixi" adlı sənədli filmin təqdimatı keçiriləcək.

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı təşkil edərək, 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirmiş, hadisəyə siyasi qiymət vermişdi. Onun çıxışından sonra Moskvada yaşayan minlərlə azərbaycanlı etiraz mitinqləri keçirmişdi. Bununla yanaşı, Rusiyadan SSRİ Ali Sovetinin deputatları, ictimai təşkilatların nümayəndələri Bakıya gəlmişdilər. Nəticədə, 20 Yanvar faciəsi barədə əsl həqiqətlər geniş ictimaiyyətə çatdırılmış, mövcud istiqamətdəki yanlış ictimai rəy aradan qalxmışdı.

"Bir mətbuat konfransının tarixi" sənədli filmində bütün bu məqamlara nəzər salınmış, Ulu Öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilmiş, həmçinin, dövrün şahidləri olan şəxslərin fikirləri yer almışdır.

Qeyd edək ki, "Bir mətbuat konfransının tarixi" sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi "Qulp studio" tərəfindən hazırlanıb.

NƏZAKƏT

Digər xəbərlər