PDF Oxu

Siyasət

  • 14

Şabranda “Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar”

Şabranda “Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar”

20 Yanvar hadisəsinin 27-ci il dönümü ilə əlaqədar Şabran rayon Mərkəzi kitabxananın 48 saylı Söhbətli filialında "Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirə Söhbətli kənd məktəbinin direktoru və şagird kollektivi dəvət olunub. Mövzu ətrafında məktəbin direktoru Ələkbərova Məhəbbət məruzə edərək bildirib ki, ən uca yerdə qərar tutan "Şəhidlər Xiyabanı" dövlət tərəfindən yüksək səviyyədə abadlaşdırılmış və bütün azərbaycanlıların ziyarət yerinə çevrilib. Sonra Hüseynova Afət və Nuriyev Rasim çıxış edərək "Qarabağ uğrunda gedən döyüşlərdə yüzlərlə oğullarımız uca şəhidlik zirvəsinə yüksəlmişlər" və onların xatirəsini həmişə yüksək səviyyədə qeyd etmək bizim borcumuzdur.

sia.az

Digər xəbərlər